Merkel: “Yəhudi soyqırımına görə kimin məsuliyyət daşıdığını bilirik”

"Biz Almaniyanın Holokost hadisəsindəki məsuliyyətini qəbul edirik". APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu fikirləri Almaniyanın kansleri Angela Merkel deyib. İsrailin baş naziri Benyamin Netanyahunun “Xolokosta görə Qüds müftisi məsuliyyət daşıyır, Hitleri bu addımı atmağa o təhrik edib” fikirlərinə münasibət bildirən Merkel qeyd edib ki, Almaniya günahkarın kim olduğunu bilir:

 

“Mən deyə bilərəm ki, biz bu hadisədə kimin məsuliyyət daşıdığını bilirik. Bu hadisələrin məsuliyyəti nasional sosialistlərin üzərinə düşür. Biz Almaniyanın Holokost hadisəsindəki məsuliyyətinni qəbul edirik”. 

Müəllif | Apa.Tv
Apa.tv