Bakıda həbsxanada dustaq öldü

Azərbaycanda cəzaçəkmə müəssisəsində məhkum ölüb.

 

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanovun APA-ya verdiyi məlumata görə, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Ramiz İsmayıl oğlu Mirzəyev qəflətən dünyasını dəyişib. Aparılan yoxlamalar zamanı onun infarktdan öldüyü məlum olub.

 

Ramiz Mirzəyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə təqsirləndirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv