Ağstafada yeni doğulan quzu süd verir - NONSENS

Ağstafada maraqlı hadisə baş verib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

 

Kənddə yaşayan Paşşanovlar ailəsinə məxsus təsərrüfatda yeni doğulan quzu süd verməyə başlayıb. Təsərrüfat sahibi Pəri Paşşanovanın dediyinə görə, cəmi 10 günlük olan bu canlı hər gün südü sağılmayanda narahat olur, hərarəti qalxır, südü götürüldükdən sonra isə normal həyat tərzinə qayıdır: "Səhər baxanda gördük ki, quzu narahatdır, istidir. Baxdıq ki, quzuda süd var, sağdıq".

 

Pəri Paşşanovanın bildirir ki, quzu həm hərəkətliliyinə, həm də qidalanmasına görə diqqət çəkir. Az bir vaxtda doğulmasına baxmayaraq, ot yeyir, anası ilə bərabər sərbəst şəkildə arpa qəbul edir. On günlük quzu normal halda ot və digər qida qəbul etmədiyi üçün buna həm təsərrüfat sahibi, həm də kənd sakinləri təəccüblənir: "O gün 10 nəfər gəlmişdi, sağdıq. Bir-biri ilə mərcə girmişdilər".

 

Quzudan götürülən gündəlik südün həcmi təxminən 70-100 qram arası olur. Baytarlar quzunun süd verməsini hansısa anormallığın nəticəsi kimi qiymətləndirirlər.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli