Avtomobil çaya düşdü, sürücü öldü

Ötən gecə Tovuzda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. Tovuz rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Əsrik-Cırdaxan və Kirən yolunun kəsişməsində qeydə alınıb. Rayon sakini Aqil Quliyevin idarə etdiyi “Niva” markalı avtomobil Əsrik çayına düşüb. Qəza zamanı Aqil  Quliyev dünyasını dəyişib. Avtomobildə olan sərnişin 23 yaşlı Bəhman Hüseynov isə ağır bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı Tovuz rayon polis şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli