Məktəbə qılıncla hücum edən maskalı öldürüldü
İsveçdə məktəbə hücum edən şəxs saxlanılarkən aldığı güllə yaralarından xəstəxanada keçinib.
APA TV-nin məlumatına görə, bunu insidentin baş verdiyi Trolxettan şəhərinin polis nümayəndəsi Tord Haraldson bildirib.
Məlumat üçün bildirək ki, ötən gün Trolxettan şəhərində qılıncla silahlanmış üzü maskalı şəxs məktəbin yeməkxanasına daxil olaraq, 12 və 15 yaşlı yeniyetmələr daxil olmaqla 4 nəfərə ağır xəsarətlər yetirib.
Hadisə şahidlərindən biri olay barədə bunları deyib: "Maskası var idi, çox qorxduq. Halloven bayramı yaxınlaşdığı üçün bunu bayrama hazırlıq kimi başa düşdük. Hətta dostum onunla şəkil çəkdirmək istədi. İnsanlara yaxınlaşıb, onları bıçaqlamağa başlayanda qaçdıq".
Qeyd edək ki, xəsarət alanlardan bir müəllim və bir məktəbli aldığı xəsarətlərdən xəstəxanada keçinib.
Polisin məlumatına görə, hücum edən şəxs 20 yaşlı gənc olub. Hadisənin digər təfərrüatları açıqlanmır.