Bakıdan Ağdama qonaq gedən 42 yaşlı kişi bıçaqlandı
Ağdamda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, 1973-cü il təvəllüdlü Vüqar Əjdər oğlu Baxşəliyev bıçaq yarası ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onun Bakı şəhərindən Ağdamın Üçoğlan ərazi nümayəndəliyinin Səfərli kəndinə qonaq gəldiyi bildirilib.
Xəstəxanadan qarının ön divarının deşilmiş-kəsilmiş yarası alan Vüqar Baxşəliyevin cərrahiyyə əməliyyatı olunduğu açıqlanıb.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.