Putin Rusiyanın Suriyadakı əməliyyatının məqsədini açıqladı

Vladimir Putin Rusiyanın Suriyadakı əməliyyatının məqsədini açıqlayıb. Vladimir Putin bildirib ki, Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatın yeganə məqsədi sülhün bərqərar olmasına dəstək verməkdir.

 

Prezident Rusiyanın Suriyada keçirdiyi əməliyyatın tam legitim olduğunu qeyd edib. “Rəsmi Dəməşqin dəstək barədə müraciətindən sonra biz bu ölkədə hərbi əməliyyat keçirməyə qərar verdik. Bir daha qeyd edirəm ki, bu əməliyyat tam legitimdir. Onun yeganə məqsədi - sülhün bərqərar olmasına dəstək verməkdir”, - deyə Putin bildirib.

 

Dövlət başçısı Rusiya aviasiyasının əməliyyatlarının rəsmi Dəməşqə siyasi nizamlanma sahəsində növbəti addımların atılması üçün zəmin yaradacağına ümidvar olduğunu bildirib.

 

Müəllif | Apa.Tv