Rövnəq Abdullayev evlərin sökülməsindən danışdı
Azərbaycan Dövlət Neft Şirkəti, “Bulla-dəniz” qaz yatağındakı yanğınla bağlı praktiki işlə məşğul olur və bu işə böyük təcrübəsi olan "Hali Bolter" şirkətini cəlb edib. APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. R.Abdullayev onu da qeyd edib ki, ARDNŞ-nın fontana qarşı mühafizə idarəsi var və həmin idarə praktiki olaraq bu işlə məşğul olur. Rövnəq Abdullayev sənədsiz evlərlə bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, sənədsiz evlərlə bağlı yaxın vaxtlarda hökumətin qərarı olacaq. ARDNŞ prezidenti vurğulayıb ki, Dövlət Neft Şirkətinin balansında olan yararsız torpaq sahələrinin icra hakimiyyətlərinin balansına verilməsi üçün sənədlər hazırlanır.