"Qəbələ" "Borussiya"ya uduzdu: 1-3 (QOLLAR)

Ötən gün Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilib. APA TV-nin  məlumatına görə, Avrokuboklarda mübarizəni davam etdirən klublarımızdan “Qəbələ” də növbəti oyununa çıxıb.

 

Roman Qriqorçukun yetirmələri Dortmund “Borussiya”sını qəbul edib. Təmsilçimiz qrup mərhələsində ikinci ev oyununu keçirib.

 

Avropa Liqasında keçirdiyi son 5 ev oyununda məğlub olmayan və qol buraxmayan bürünc mükafatçımız bu matçda seriyasını davam etdirə bilməyib. "Qırmızı-qaralar" matçdan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.

 

Oyuna yaxşı başlayan Roman Qriqorçukun yetirmələri matçın əvvəlində bir neçə real qol şansını boşa veriblər. Tədricən fəallaşan almanlar Obameyanqn ilk hissədə 2, ikinci hissədə isə 1 qolu ilə oyunu öz xeyirlərinə çevirə biliblər.

 

Son dəqiqələrdə Dodonun vurduğu qol isə təsəlli xarakterli olub. Bu məğlubiyyətdən sonra hesabında bir xal olan təmsilçimiz qrupda son pillədəki yerində qalıb.

 

Müəllif | Apa.Tv