"Qarabağ” fransızlarla yenə bacarmadı: 0-1

Ötən gün Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilib. APA TV-nin məlumatına görə, Avrokuboklarda mübarizəni davam etdirən klublarımızdan “Qarabağ” da növbəti oyununa çıxıb.

 

Qurban Qurbanovun yetirmələri səfərdə “Monako” ilə qarşılaşıb. Təmsilçimiz matçdan minimal hesablı məğlubiyyətlə ayrılıb. Ümumilikdə oyunu rəqiblə bərabər səviyyədə keçirən ağdamlılar 70-ci dəqiqədə hesabda geri düşəndən sonra bir neçə epizodda bərabərliyə yaxın olsalar da, son anda buna müyəssər ola bilməyiblər.

 

Müəllif | Apa.Tv