Obama Ukraynaya silah yardımını dayandırır - VETO
ABŞ prezidenti Barak Obama 2016-cı ilin hərbi büdcəsi haqqında qanun layihəsinə veto qoyub. APA TV-nin məlumatına görə, bu barədə Ağ Evdən verilən açıqlamada bildirilir.
Daha öncə sözü gedən sənəd Konqresin hər iki palatası tərəfindən qəbul edilsə də, ABŞ prezidenti layihənin hərbi xərcləri cari ildə 90 milyard dollar həcmində artırmasını nəzərdə tutduğundan, onu imzalamayacağını bəyan edib.
ABŞ Konqresinin hər iki palatasına nəzarət edən respublikaçılar prezidentin vetosunu əngəlləyə biləcək qədər səs çoxluğuna malik deyil. Bununla da veto qərarından sonra büdcə müzakirələri yenidən başlamalıdır. Həmin qanunla 612 milyard həcmindəki xərclərin 300 milyon dollarının Ukraynaya pilotsuz kəşfiyyat təyyarələri, digər təyinatlı silah-sursat, həmçinin tank əleyhinə minalar və minaatanların alınması, eləcə də ümumilikdə hərbi və kəşfiyyat sahəsində yardım göstərilməsi məqsədilə ayrılması planlaşdırılırdı.