DİN: Bakıda 28 nəfər içməli sudan zəhərlənib

Daxili İşlər Nazirliyi Bakıda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

 

APA TV-nin nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 22-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən yataqxanada yaşayan 28 nəfər - 4 kişi, 5 qadın, 19 azyaşlı içməli sudan zəhərlənib.

 

Onlar 5 saylı Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərdən 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv