Rusiya: OPEK-in istənilən qərarı bizi qorxutmur

Rusiyanın neft şirkətləri OPEK ölkələri ilə rəqabətə hazırdır. APA TV-nin "Kommersant"a istinadən məlumatına görə, bu açıqlamanı Rusiyanın energetika naziri Aleksandr Novak verib.

 

O bildirib ki, OPEK gündəlik hasilatı 30 milyon barel həcmində müəyyənləşdirib. Bu qərar rus şirkətlərini qorxutmur.

 

"Təşkilata daxil olan hər hansı bir ölkə kvotasını artırmaq istəyə və OPEK buna rəğmən müəyyən olunan həcmin miqdarını dəyişməyə bilər. İkinci variantda, əgər bu baş verərsə, qurum daxildə qoyulan limitə yenidən baxılmasına qərar verə bilər. Bu zaman OPEK qərarını dəyişə və hasilatın artırılması məsələsi gündəmə gələ bilər. Biz isə hər iki halda rəqabətə hazırıq", - deyə Novak əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv