Bəşər Əsəd istefaya gedir? - MOSKVA GÖRÜŞÜNÜN MÜƏMMASI

Suriya prezidenti Bəşər Əsəd yaxın vaxtlarda istefaya gedəcəyini açıqlayıb.

 

APA TV-nin Rusiya saytlarına istinadən məlumatına görə, Əsədin yaxın günlərdə bununla bağlı açıqlama verməyi qəbul etdiyi iddia edilir.

 

Rusiya səfəri zamanı prezident Vladimir Putinin ona müxalifətlə dialoqa getməli olduğu ilə bağlı xəbərdarlıq etdiyi də bildirilir.

 

Xatırladaq ki, Suriyada müharibənin başlandığı 2011-ci ildən bu yana Bəşər Əsəd ilk xarici səfərini məhz Moskvaya edib.

Müəllif | Apa.Tv
Apa.tv