İŞİD-in neftdən əldə etdiyi pullar açıqlandı: müştərilər kimlərdir? - KƏŞFİYYAT MƏLUMATI
İŞİD nəzarət etdiyi bölgələrdəki neftin satışından ayda 50 milyon dollar gəlir əldə edir. APA TV-nin “Associated Press”ə istinadən məlumatına görə, bu barədə İraq kəşfiyyatı məlumat yayıb.
Rəqəmlər Amerika mütəxəssislərindən alınan məlumatlarla üst-üstə düşür.
Neftdən əldə edilən gəlirlər İŞİD silahlılarının fəaliyyətinin maliyyələşməsinə yönəldilir. Bu məsələ ilə əlaqədar Türkiyə də daxil olmaqla, region ölkələri ilə danışıqlar aparıldığı bildirilir.
Müştərilərə ucuz qiymətlər sətf edir. Xam neft bəzən hətta 10 dollara satılır.
Hazırda Suriyanın terrorçuların nəzarətində olan ərazisində 253 neft yatağı var və bunu İŞİD-in özü də təsdiq edir. Həmin yataqların 160-dan çoxu işlək vəziyyətdədir.
Əsas alıcıların türkiyəli qaçaqmalçılar olduğu bildirilir. İraq kəşfiyyatının məlumatına görə, neftin bir qismi İraqın kürdlərin nəzarətində olan regionlarına da satılır. Qarşı tərəfdən isə bu ittihamlar təkzib edilib.