Kurdəmirdə quldurluq və soyğunçuluq edənlər tutuldu
Kurdəmir rayonunda quldurluq və soyğunçuluqla məşğul olan şəxslər saxlanılıb. Rayon Polis Şöbəsinə daxil olan məlumatlar əsasında aparılan əməliyyat tədbirləri nəticəsində cinayət hadisələrini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri 33 yaşlı Cavid Nağdəliyev və 32 yaşlı Ceyhun Musayev tutulublar. Məlum olub ki, C. Nağdəliyev bir cinayət faktını tək törədib. O, sentyabrın 6-da Kürdəmir şəhər sakini Təranə Xankişiyevaya məxsus mənzildən oğurluq edib. Həmin mənzilə gələn Cavid evdəki azyaşlılara özünü elektirk şəbəkəsinin işçisi kimi təqdim edib. İçəri daxil olduqdan sonra isə uşaqlara hədə qorxu gələrək oradan 350 AZN pul və 150 AZN dəyərində qızıl-zinyət əşyası götürərək aradan çıxıb. Cavid digər cinayəti həmyerlisi Ceyhunla birgə törədib. Qabaqcadan əlbir olan şəxslər sentyabrın 9-da rayonun Şıxınlı kənd sakini Vüsalə Hüseynovaya məxsus mənzilə basqın ediblər. Onlar tanınmamaq üçün kapron corabdan hazırlanmış maskadan istifadə ediblər. Mənzilə daxil olduqdan sonra oradakı uşaqları qorxudaraq evdən 310 manat dəyərində 2 ədəd müxtəlif markalı telefon, həmçinin 300 manat dəyərində qızıl-zinyət əşyalarını talayıblar. Hər iki şəxs əməllərindən peşman olduğunu bildirib.
APA TV xəbər verir ki, faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Hazırda həmin şəxslərin digər cinayətlərdə iştirakının olub olmaması yoxlanılır.