Əhmədinejadın cangüdəni Suriyada öldürüldü

İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın cangüdəni Suriyadakı döyüşlərdə öldürülüb. APA TV-nin İran mətbuatına istinadən yaydığı xəbərə görə, Abdullah Bakıri Niyarekinin Suriyanın Hələb şəhərində döyüşlərdə öldürüldüyü bildirilir. Onun Hələbdə yerləşən Həzrəti Zeynəbin türbəsini müdafiə məqsədi ilə bu ölkədə olduğu deyilir.  Abdullah Bakıri Niyareki sabah paytaxt Tehranda dəfn olunacaq. Son günlər Suriyada döyüşən İran əsgərlərindən demək olar ki, hər gün ölüm xəbəri gəlir. Suriya və İraqda ümumilikdə 400-dən çox İran hərbçisinin öldürüldüyü qeyd olunur.

 

Qeyd edək ki, Abdullah Bakıri Niyareki, prezidentliyi dövründə Əhmədinejatı addım-addım izləyib, onun mühafizəsinin əvəzedilməz ismi olub. 

Müəllif | Apa.Tv
Apa.tv