Hakkaridə xüsusi əməliyyat: 8 terrorçu ələ keçdi

APA TV-nin məlumatına görə Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar Hakkarinin İki Qaya bölgəsində terrorçuların gizləndiyi mağaralara hava zərbələri endirib.

 

Eyni zamanda Tunceli bölgəsinin Ovacık adlanan ərazisi, eləcə də Muş və Şırnak ərazisindəki xüsusi əməliyyatlarda ümumilikdə 8 PKK döyüşçüsü ələ keçirilib.


Ərazidən PKK-lılara aid xeyli silah-sursat və partlayıcı maddə aşkarlanıb.

Müəllif | Apa.Tv
Apa.tv