Suriyada daha bir İran generalı öldürüldü
Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Reza Həvari öldürülüb. APA TV-nin xəbərinə görə, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
Məlumata əsasən, general Həma vilayətində gedən döyüşlər zamanı həlak olub.
İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi nümayəndəsi Ramazan Şərif faktı təsdiqləyib.
Xatırladaq ki, dünən İranın sabiq prezidenti Mahmud Əhmədinejadın mühafizəçisi, İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən biri Abdulla Baker Niyarakin də öldürülüb.
Qeyd olunur ki, son iki gün ərzində Suriyada ölən İran hərbçilərinin sayı 8-ə çatıb.