İŞİD-in 4 ən təhlükəli üzvü Türkiyəyə keçdi, ölkə ayağa qalxdı
İŞİD terror təşkilatının üzvü olduqları və böyük terror aktının törədilməsi üçün Suriyadan Türkiyəyə keçdikləri bildirilən 4 nəfər Türkiyəni ayağa qaldırıb.
APA TV-nin türk mətbuatına istinadən məlumatına görə, biri qazaxıstanlı qadın olan 4 nəfərin tutulması üçün bütün ölkə ərazisində axtarışlara başlanılıb. Axtarılanlar arasında Ankaradakı qanlı terror aktında adı keçən Ömər Dəniz Dündar da var.
Türkiyədə təyyarə və ya gəmi qaçırmaq, yaxud, mitinqlərdən birində terror aktı törətmək təlimatı aldıqları təsbit edilən qrupun üzvləri ələ keçməmək üçün saxta pasportlardan istifadə edirlər. Terrorçuların əsl adları və fotoları mətbuat orqanlarına paylanılıb.
Türkiyə polisi şübhəli şəxsləri görən vətəndaşları hüquq-mühafizə orqanlarına xəbər verməyə çağırıb.