Banqladeş və Nigeriya məscidlərində terror: 58 ölü

Banqladeşin paytaxtı Dəkkədə terro aktı törədilib. APA TV-nin Rusiya saytlarına istinadən məlumatına görə, tarixi məscidə yürüş edən izdihamın içərisinə atılan kustar üsulla hazırlanmış bombanın partlaması zamanı 3 nəfər ölüb, 112 nəfər isə ağır yaralanıb.


Nigeriyada törədilən iki terror aktı nəticəsində isə ümumilikdə 55 nəfər həyatını itirib. Hadisələrdən biri Mayduquri şəhərinin məscidində baş verib. Bu zaman partlayış nəticəsində azı 28 nəfər ölüb. Ölkənin Şimal-Şərqindəki Yola əyalətində törədilən partlayışda isə həlak olanlardan biri azyaşlı uşaqdır. 

Müəllif | Apa.Tv
Apa.tv