Almaniyadakı qaçqınların küçə tamaşası: "İŞİD girov qadınları necə satır?" - VİDEO
Almaniyaya sığınan Yaxın Şərqdən olan qaçqınlar məskunlaşdıqları Essen şəhərinin mərkəzində qəribə tamaşa göstəriblər.
APA TV-nin "Vesti.ru"ya istinadən məlumatına görə, bir neçə şəxs terrorçu forması geyinərək onların auksion səhnəsini canlandırıblar.
Məqsəd İŞİD-in girov götürdüyü qadınları necə satmasını nümayiş etdirmək olub. "Satışa" çıxarılan qadınlar bir-birinə zəncirlənmiş vəziyyətdə olublar. Məqsəd avropalıların diqqətini terrorun çirkinliklərinə yönəltmək olub.