Sinoptiklərdən xəbərdarlıq: bazar ertəsindən hava şəraiti kəskin dəyişəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıqla çıxış edib.

 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, oktyabrın 26-dan 29-dək ölkə ərazisində yenidən hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.

 

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur tədricən 4-7 dərəcə aşağı enəcək. 

Müəllif | Apa.Tv
Apa.tv