Şirvanda qanvermə aksiyası keçirildi

Şirvanda Aşura günü münasibətilə qanvermə aksiyası keçirilib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvanda Aşura gününə həsr olunmuş aksiya Mərkəzi Qan Bankının Şirvan bölməsində həyata keçirilib.

 

Qanvermə aksiyası Şirvan şəhər həkim-mütəxəssisləri tərəfindən steril mühitdə könüllülük prinsipi ilə həyata keçirilib. Bütün qan nümunələri xüsusi qan konteynerlərinə qablaşdırılaraq, Qan Bankının mühafizəsinə verilib. Günorta saatlarına qədər 100-dən çox donordan qan götürülüb. Aksiya axşama qədər davam edəcək.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı