Əməkdar artist Gülnar Salmanova vəfat etdi

Azərbaycanın əməkdar artisti Gülnar Salmanova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.


APA TV-nin xəbərinə görə, Gülnar Salmanova 24 iyul 1956-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub.

 

1981-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Artisti fakültəsini bitirib. Həmin ildən Musiqili Komediya Teatrında işləyib. Aparıcı səhnə ustası kimi fəaliyyət göstərib. Onun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.

 

Gülnar Salmanova 6 may 2015-ci ildə  Prezident Mükafatına layiq görülüb.


Aktrisa ilə vida mərasimi oktyabrın 25-də saat 11:00-də yaşadığı Arif Heydərov küçəsi 25 ünvanında yerləşən mənzilində keçiriləcək. 

Müəllif | Apa.Tv
Apa.tv