Prezident İlham Əliyev Sumqayıtda iki zavodun açılışında iştirak edib

Azərbaycan pezidenti İlham Əliyev ötən gün Sumqayıt şəhərində “Azertexnolayn” MMC-nin texniki avadanlıqlar zavodunun açılış, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma, “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun isə istifadəyə verilməsi mərasimlərinə qatılıb.

 

APA TV-nin məlumatına görə, əvvəlcə dövlət başçısı “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılışını edib.

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev prezidentə zavodun fəaliyyəti haqqında məlumat verib.

 

Bildirilib ki, illik istehsal həcmi 6500 ton olan müəssisədə polad və çuqun əritmə üsulu ilə hidrotexniki məhsulların hissələri hazırlanır. Prezident İlham Əliyev zavodu işə salıb, istehsal prosesinə baxıb.

 

Sonra dövlət başçısı “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak edib.

 

ARDNŞ prezidenti Rövnəq Abdullayev dövlət başçısına görüləcək işlər barədə məlumat verib.

 

Diqqətə çatdırılıb ki, şirkətin iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu qurğular 2018-ci ildə istismara veriləcək.

 

Daha sonra prezident İlham Əliyev “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun açılışında iştirak edib. Dövlət başçısı zavodun kollektivi ilə görüşüb.

 

Müəllif | Apa.Tv