İŞİD iki türk polisini öldürdü
Türkiyədə İŞİD-in gizli toplantı mərkəzində keçirilən əməliyyat nəticəsində 4 terrorçu öldürülüb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Diyarbəkirin Kayapınar qəsəbəsində keçirilən əməliyyat zamanı 2 türk polisi şəhid olub.
Səhər saat 4:00-da başlanan hücumda xüsusi təyinatlı polislər də daxil olmaqla çoxlu sayda polis iştirak edib. Əməliyyatın əvvəlində evdən açılan atəş zamanı iki polis yaralanıb. Xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.