Dollar bahalaşdı, avro xeyli ucuzlaşdı - İLK MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dolları həftəyə manat qarşısında dəyər qazanmaqla başlayıb. Mərkəzi Bank 1 ABŞ dollarının dəyərini 1.0490 manat olaraq müəyyənləşdirib. Avro isə ötən həftəyə nisbətən nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 avronun dəyəri 1.1577 manat olaraq açıqlanıb. Rusiya rublu da ötən həftəyə nisbətən bahalaşıb. Hazırda 1000 Rusiya rublu 16 manat 90 qəpikdir.
Xatırladaq ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır.