“Fənərbaxça” - “Qalatasaray”: hərəyə 1 qol, 1 xal (QOLLAR)

Ötən gün Türkiyə Süper liqasında derbi oyunu keçirilib.  APA TV-nin məlumatına görə,  9-cu turda əzəli rəqiblər - “Fənərbaxça” ilə “Qalatasaray” qarşılaşıblar.

 

Azərbaycanlı tamaşaçıların da böyük maraqla izlədiyi derbi oyunu “Şükrü Saracoğlu” stadionunda  baş tutub.

 

Oyunda ilk qol "Fənərbaxça"dan gəlib. 37-ci dəqiqədə vurulan ilk qolun müəllifi Diyeqo olub.

 

Oyunun ikinci hissəsində "Qalatasaray" aktivlik nümayiş etdirib. Bərabərlik qoluna isə Olcan Adın imza atıb.

 

Oyunda başqa qol olmayıb. Beləcə, hər kəsin səbirsizliklə gözlədiyi derbi 1:1 hesabı ilə bitib.

 

Müəllif | Apa.Tv