Türkiyə parlamentinə seçkilər keçirildi - BAKIDA
Türkiyədə noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı diplomatik nümayəndəliklərində oktyabrın 25-də saat 9.00-dan səsvermə başlayıb.
APA TV-nin məlumatına görə, Azərbaycanda ümumilikdə səsvermə hüququ olan 7003 Türkiyə vətəndaşı səfirlik qeydiyyatındadır. Bakıda isə səsvermə hüququ olan 6311 Türkiyə vətəndaşı səsverməyə qatılıb.
- Millətimiz, xalqımız üçün xeyirli olsun. Gəldik səs verdik. Bundan çox xoşbəxtik.
- Bu seçkilər Türkiyənin gələcəyi üçün düşərli olsun. Qardaş ölkədən Türkiyədə baş verənləri izləyirəm. Çox narahatam. İstərdik ki, inşallah vətənimizin üzərindəki qara buludlar çəkilsin.
- Azərbaycanda yaşayıram. Ürəyim Türkiyə ilə döyünür. Tezliklə terror bitsin, millətimiz və dövlətimiz üçün xeyirli sabahlar açılsın.
- Səsverməyə böyük ümidlərlə iştirak edirəm. Arzum budur ki, səhərlərimizi terror xəbərləri ilə açmayaq. Hökumət qurulsun, xalq rahat və firavan yaşasın.
Səsvermə Bakıda və bölgələrdə yalnız bir gün keçirilib və axşam saat 21:00-da başa çatıb. Səsvermə üçün Bakıda 5, Gəncə və Naxçıvandakı konsulluqların hər birində 1 seçki qutusu qoyulub.
Gəncədə səsvermə hüququna malik 338, Naxçıvan Muxtar Respublikasında isə 354 Türkiyə vətəndaşı var.
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun da səs verib.