300 min manat mənimsəyən şirkət rəhbəri beynəlxalq axtarışa verildi
Azərbaycanda turizm şirkətlərindən birinin rəhbəri beynəlxalq axtarışa verilib.
APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 35 yaşlı Əhməd Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.
Əhməd Məmmədov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnperpola müraciət olunub.
APA-nın əldə etdiyi məlumata görə, Əhməd Məmmədov Azərbaycanda fəaliyyət göstərən “Happy Group” turizm şirkətinin direktoru olub. İddialara görə, o, müxtəlif şəxslərin etimadından sui-istifadə edərək 300 min manata yaxın pul mənimsəyib.
Şikayətçilərdən birinin APA-ya verdiyi məlumata görə, Əhməd Məmmədov təkcə Azərbaycanın deyil, Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən də axtarılır. Onun Rusiya vətəndaşlarına qarşı da dələduzluq etdiyi bildirilir.