Göyçayda iki "VAZ" toqquşdu: yaralananlar var
Göyçay rayonunda 3 nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 8:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
23 BX 428 dövlət nömrə nişanlı “VAZ-21099” dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdən gələn 23 BJ 526 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı Göyçayın Ləkçiplaq kənd sakini, 1941-ci il təvəllüdlü Arif Məhəmməd oğlu İsmayılov, Şıxbəy kənd sakini, 1977-ci il təvəllüdlü Taleh Fazil oğlu Zalov və Ərəb kənd sakini, 1994-cü il təvəllüdlü Asif Asim oğlu Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.