Əfqanıstanda güclü zəlzələ: 8,1 bal!

Əfqanıstanda güclü zəlzələ baş verib. APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, yeraltı təkanlar 7,7 bal gücündə paytaxt Kabulun 259 kilometrliyində yerləşən bölgədə qeydə alınıb.

 

Zəlzələ Pakistanın və  Hindistanın şimalına da sirayət edib. Təbii fəlakətin ocağı Qinqiduş dağlarında yerin 190 kilometr dərinliyində olub. Hindistanın şimalında isə təkanlar 7,5 bal gücündə hiss olunub.


Zəlzələ Dehli, Kəşmir, Həryanə və Pəncaba da təsir edib. İtkilər barədə heç bir məlumat verilmir.

Müəllif | Apa.Tv
Apa.tv