Dəm qazı faciəsi başlandı: Bakıda iki nəfər öldü

Bakının Binəqədi rayonunda iki nəfər dəm qazından boğulub.

 

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon ərazisində yaşayanlar - İmaməddin Gözəlov və Samir Hüseynov mənzillərində dəm qazından zəhərlənərək ölüblər. 

 

Hər iki faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv