Kürdəmirdə minik maşını "Shacman"a çırpıldı
Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun 198-ci kilometrliyində, Kürdəmir rayon ərazisində qeydə alınıb.
Ucar istiqamətdə hərəkətdə olan 34 yaşlı Kərimov Elşad Vaqif oğlunun idarə etdiyi minik avtomobili ilə əks istiqamətdə hərəkətdə olan 49 yaşlı Kərimov Əhəd Həmid oğlunun idarə etdiyi "Shacman" markalı yük maşını toqquşub. Nəticədə minik maşınının sürücüsü müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, hadisəyə səbəb yük maşının dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.