Tovuz sakinini ilan sancdı

Tovuz sakinini ilan sancıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hunanlar kəndində Kür çayının ətrafında baş verib.

 

Dostları ilə çaya balıq tutmağa gedən Tovuz şəhər sakini, 1973-cü il təvəllüdlü Nuru Nuriyevi ilan sağ əlindən sancıb.

 

Nuru Nuriyev hadisəni belə xatırlayır: "İstirahətə getmişdik, balıq tuturduq. İşlətdiyimiz balıqtutan suya düşdü, onu qaldırmaq istəyəndə əlimə nəsə toxundu, hiss eləmədim. Sonra gördüm ki, əlimdə qanaxma var. Sonra yoldaşlar dedi ki, ilan var orda. Ani vaxtda elə tez dişlədi ki mən hiss eləmədim ağrını".

 

Nuru Nuriyev dərhal yaxınlarının köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab köçürülüb. Həkim Fəxrəddin Qasımovun sözlərinə görə, payızın əvvəlinə qədər ilanların zəhərinin konsentrasiyası və miqdarı artır: "Ona görə də bu, ağır dərəcəli zəhərlənmədir. Siz təsəvvür edin ki, biz ona 4 doza ilan zəhəri əleyhinə zərdab köçürtmüşük".

 

Qeyd edək ki, bu il Tovuzda 20 nəfərdən artıq sakini ilan sancıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli