İŞİD-in Türkiyədə ilk döyüşü: 7 terrorçu öldürüldü
Türkiyədə İŞİD-lə polis arasında döyüş olub, 7 terrorçu öldürülüb, 12 nəfər həbs edilib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə Diyarbəkirdə baş verib.
Terrorçulara döyüşdə iki polis əməkdaşı da həlak olub. Bu, İŞİD-in Türkiyə ərazisindəki ilk döyüşü olub. Türkiyə xüsusi xidmət orqanlarının məlumatına görə, Diyarbəkirdəki qruplaşma insanların kütləvi şəkildə toplaşdığı yerlərdə irimiqyaslı terror aktı törətməyi planlaşdırıb. Nəzərdə tutulan hadisələrin sırasında təyyarə qaçırılması, insan axınının çox olduğu ərazilərdə kamikadzelər tərəfindən silsilə partlayışların törədilməsi də olub.
Ölkənin müxtəlif şəhərlərində keçirilən əməliyyatlar nəticəsində terror qruplaşmaları tərkibində iştirakda şübhəli bilinən 50 nəfər saxlanılıb.