Bakı bulvarında müəmmalı intihar: 18 yaşlı qız özünü dənizə atdı

Bakıda 18 yaşlı qız özünü dənizə ataraq intihar edib. APA TV-nin məlumatına görə, hadisə Dənizkənarı Milli Parkda baş verib.

 

Axşam saatlarında bulvardakı estakadada gənc qız əşyalarını, o cümlədən mobil telefonunu kənara qoyaraq, özünü dənizə atıb. Həmin vaxt estakadada gəzən vətəndaşlar hadisə barədə Dənizkənarı Bulvar İdarəsinin mühafizəçilərinə məlumat verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) “Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi” hadisə ilə bağlı məlumatlandırılıb. Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1,5 km aralıda nəzarətsiz ərazidən 18 yaşlı Məmmədova Həmidə Ramiz qızının cəsədini çıxarıblar.

 

Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb ediliblər. Məlum olub ki, özünü dənizə atan Həmidə Məmmədova Beyləqan rayon sakinidir. Onun Bakıya hansı məqsədlə gəldiyi və niyə intihar etdiyi hələlik bəlli deyil.

 

Faktla bağlı Səbayel Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv