Bakıda keçmiş məhkum bıçaqlandı

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, rayon sakini, 37 yaşlı Şirməmməd Qafarovun Zirə qəsəbəsinin Ağamalı küçəsi-64 ünvanında tanımadığı şəxslə mübahisəsi düşüb.

 

Mübahisə zamanı naməlum şəxs Şirməmməd Qafarova bıçaqla xəsarətlər yetirib. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və həyatını xilas etmək mümkün olub.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib. İlkin məlumata görə, Şirməmməd Qafarov əvvəllər məhkumluq həyatı yaşayıb.

 

Xəzər polisi hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışlarını davam etdirir. Faktla əlaqədar cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv