Bakıda 3 avtomobil toqquşdu, biri aşdı

Bakının Səbail rayonu ərazisində yol qəzası baş verib, qəzaya uğrayan üç avtomobildən biri aşıb. APA TV-nin məlumatına görə, hadisə Dövlət Bayrağı Meydanının yaxınlığında qeydə alınıb.

 

Yolun Bibiheybət qəsəbəsi istiqamətindəki hissəsi ilə hərəkətdə olan və Günay Məmmədovanın idarə etdiyi "Hyundai" markalı avtomobil eyni istiqamətdə hərəkət edən və Viktor Pavlovun idarə etdiyi "Mitsubishi" markalı avtomobilə çırpılıb. Nəticədə "Mitsubishi" aşıb. Özəl şirkətlərdən birinə məxsus olan avtomobilin sürücüsü yüngül xəsarət alıb. Arxadan gələn "Hyundai" markalı digər avtomobil isə qəzaya uğramış eyni markalı maşına çırpılıb, sürücü Elşən Mustafayev idarəetməni itirib və maşını yol kənarındakı yaşayış binasının divarına vurub.

 

Yol-Patrul Xidmətinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. İlkin ehtimala görə, qəzaya "Hyundai"ın sürücüsü Günay Məmmədovanın manevr qaydalarını pozması səbəb olub. Eyni zamanda "Mitsubishi"nin sürət həddini aşdığı, digər "Hyundai"ın sürücüsünün düzgün ara məsafəsi saxlamadığı ehtimal olunur.

 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv