Dollar və rubl ucuzlaşır, avro bahalaşır - RƏSMİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı növbəti valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dolları və rubl ötən günə nəzərən ucuzlaşıb, avronun dəyərində isə bahalaşma qeydə alınıb. Mərkəzi Bank 1 ABŞ dollarının dəyərini 1.0489 manat olaraq müəyyənləşdirib, 1000 Rusiya rublunun rəsmi məzənnəsi isə 16 manat 60 qəpikdir. Manat qarşısında cüzi dəyər qazanan avronun kursu isə 1.1605 manat təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. 

Müəllif | Apa.Tv
Apa.tv