Suriyada ölən azərbaycanlıların sayı 6-ya çatıb

Son günlər Suriyada hökumət qüvvələri ilə döyüşlərdə 6 Azərbaycan vətəndaşı öldürülüb. Həlak olanlar «Nüsra Cəbhəsi»nin sıralarında döyüşənlərdir. APA TV-nin məlumatına görə, hökumət qüvvələri ilə gedən döyüşlərdə ümumilikdə 30-dan artıq xarici vətəndaşın öldüyü qeyd edilir. Onlardan 6-sı Azərbaycan, 4 Türkiyə, 5 İordaniya, 9 Səudiyyə Ərəbistanı vətəndaşıdrı. Ölənlərin arasında Əfqanıstan və Pakistan vətəndaşları da var. Bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

 

Sentyabrın 13-də Suriyanın Hama şəhərində gedən döyüşlərdə “Mühacir və Ənsar” qrupunun tərkibindəki azərbaycanlılardan ibarət dəstəyə başçılıq edən “Əbu Yəhya” ləqəbli Azərbaycan vətəndaşı öldürülüb. Həmin döyüşdə daha 4 azərbaycanlı mücahidin də öldüyü bildirilir.

 

Qeyd edək ki, bu ilin avqust ayının əvvəllərinə olan məlumata görə, Suriyada müxtəlif qrupların tərkibində Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə 60-dan artıq azərbaycanlı iştirak edib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı