Zəlzələ qurbanlarının sayı artır: 350 nəfər

Əfqanıstanın Bədəxşan əyalətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 350 nəfərə çatıb.

 

APA TV-nin "Rossiya-24" telekanalına istinadən xəbərinə görə, təbii fəlakət nəticəsində Pakistan və Hindistanda da insan tələfatının olduğu bildirilir.

 

Zəlzələ ən çox Pakistanın Hayber-Paxtunxva əyalətində dağıntılar yaradıb. Son məlumatlara görə, 275 nəfər ölüb, 2 mindən çox insan evsiz-eşiksiz qalıb. İnsanlar evlərinə girməyə qorxurlar. Əfqanıstanda isə 70 nəfərin öldüyü, 200 nəfərin xəsarət aldığı bildirilir.

 

Yeraltı təkanlar Hindistanda da insan itkisinə səbəb olub. 4 nəfər həyatını itirib, onlarla sakin xəsarət alıb. Rəsmilər həlak olanların sayında artım ola biləcəyini istisna etmir.

 

Xatırladaq ki, baş verən 8,1 bal gücündəki zəlzələnin episentri Əfqanıstanın Hinduquş dağlarında olub. 

Müəllif | Apa.Tv
Apa.tv