İŞİD-ə Konya tələsi: 30 terrorçu yaxalandı
Türkiyə polisinin Konya şəhərində keçirdiyi xüsusi əməliyyat nəticəsində İŞİD üzvü olan 30 nəfər həbs edilib.
APA TV-nin "Vesti.az"a istinadən məlumatına görə, əməliyyat Türkiyənin cənub-şərqində terror qruplaşmasının üzvləri ilə baş vermiş atışma nəticəsində iki polis əməkdaşının öldülülməsi ilə əlaqədar keçirilib.
Xatırladaq ki, toqquşma Diyarbəkir şəhərində keçirilən xüsusi əməliyyat zamanı baş verib. Polis tərəfindən İŞİD-in yerli qanadına qarşı əməliyyatlara oktyabrın 10-dan, Ankaradakı terror aktlarından sonra başlanılıb.