Bakıda güclü yağış yağacaq, şimal küləyi əsəcək

Bakı və Abşeron yarımadasında oktyabrın 28-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, havanın temperaturu gecə 11-13, gündüz 13-15 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında oktyabrın 28-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı  yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 9-12, gündüz 12-17, dağlarda gecə 1-6, gündüz 6-11 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv