MSK: Ən yaşlı seçici Ağdaş şəhərində yaşayır

Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan 564 nəfər seçici var. Bu barədə Lent.az-a Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

 

Onun sözlərinə görə, həmin şəxslər noyabrın 1-də keçirilən parlament seçkilərində iştirak edəcəklər.

 

564 nəfərin ən yaşlısı 126 yaşında olan Dadaşova Gözəl Alı qızıdır. O,  Ağdaş şəhərində yaşayır.

 

Səsvermə günü 250 nəfərdən yuxarı seçicinin 18 yaşı tamam olacaq. Ümumilikdə isə seçkilərdə 63 555 nəfər ilk dəfə səs verəcək. 

   

Müəllif | Apa.Tv
Apa.tv