Suriyada vuruşan rus hərbçisi özünü öldürdü

Suriyada antiterror əməliyyatlarına cəlb olunan bir rus hərbçisi özünü öldürüb.


APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu ölkənin Suriya ərazisində xidmət edən, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu intihar edib.

Rusiya Müdafiə Nazirliyindən verilən rəsmi açıqlamada aviabazada xidmət edən və adı hələlik məlum olmayan hərbi qulluqçunun gecə növbəsindən sonra özünə qəsd etdiyi bildirilib.

İntiharın dəqiq səbəbləri məlum olmasa da, telefon yazışmalarından sevdiyi xanımla aralarında problemlər olduğu üzə çıxıb. İntihar səbəbi kimi hazırda bu versiya nəzərdən keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv