Nazir müavini: "Pentensiar müsəssisələrdə seçki təcrübəsi formalaşıb"

"Pentensiar müsəssisələrdə seçki təcrübəsi formalaşıb".

 

APA TV-nin məlumatına görə, ədliyyə nazirinin müavini Azər Cəfərov deyir ki, səsəvermə günü cəzaçəkmə müəssisələrində təkcə məhbuslar yox, eyni zamanda həmin qurumlarda xidmət aparan növbətçi əməkdaşlar və hərbi qulluqçular da səsvermədə iştirak edəcək. Penitensiar müəssisələrdə müşahidəçilərin fəaliyyətinə şərait yaradılacağını deyən nazir müavini səsvermə hüququ olan məhbusların sayına da aydınlıq gətirib.

 

MSK-nın sədr müavini Natiq Məmmədov isə bildirib ki, penitensiar müəssisələrdə məhkumların səsvermə hüquqları toxunulmazdır.

 

Qeyd edək ki, bu gün Mərkəzi Seçki Komissiyası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikası Prezidentinin seçkilərinin pentensiar müəsisələrdə təşkili məsələləri" mövzusunda seminar-müşavirə keçirilib.

 

Müəllif | Apa.Tv