Suraxanıda yük maşını ilə "Jiquli" toqquşdu
Ötən gecə Bakının Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.
Avtoqəza zamanı "Mercedes" markalı kiçik tutumlu yük maşını şəhərin mərkəzindən Suraxanı qəsəbəsi istiqamətində hərəkət edirmiş. Ancaq yol ayrıcında onun yoluna "VAZ-2106" markalı digər nəqliyyat vasitəsi çıxıb. Avtomobillərin toqquşması nəticəsində "Jiquli"nin sürücüsü xəsarət alıb. O, sonradan paytaxt xəstəxanalarının birinə müraciət etməli olub.
Yol qəzasının baş verdiyi ünvanda Suraxanı Rayon Polis İdarəsinin və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları müayinələr aparıb. Təfərrüatlar araşdırılır.