Vaşinqton: Suriya məsələsini İranla həll edə bilərik

İran Suriyadakı vəziyyətin nizamlanmasında əsas tərəfdaş ola bilər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.


Kirbi brifinqdə jurnalistin “ABŞ İranı Suriyaböhranının nizamlanmasında əsas tərəfdaş sayırmı?” sualına cavabında belə deyib: “Bəli, İran ola bilər”.   

 

Qeyd edək ki, İran oktyabrın 29-da Suriya böhranının nizamlanmasına dair Vyanada keçiriləcək  beynəlxalq danışıqlarda iştirak etmək üçün dəvət edilib. 

Müəllif | Apa.Tv
Apa.tv